Gəlirlər Xidmətinin gömrük zabitləri bəyan edilməmiş külli miqdarda vəsait aşkarlayıblar
Gəlirlər Xidmətinin gömrük zabitləri bəyan edilməmiş külli miqdarda vəsait aşkarlayıblar

 

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük zabitləri tərəfindən “Kazbeqi”, “Batumi Hava Limanı” və “Kutaisi Hava Limanı” gömrük-keçid məntəqələrində şübhə əsasında müxtəlif ölkə vətəndaşlarının həm fiziki, həm də şəxsi baqajının hərtərəfli yoxlanılması nəticəsində bəyan edilməmiş, ümumilikdə 134000 ABŞ dolları, 45000 avro və 111 328 000 rus rublu aşkarlanıb.

Milli Bankın məzənnəsinə əsasən bəyan edilməmiş vəsaitin ümumi həcmi 48 203 439,06 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya qismində ümumilikdə 4 820 343 906 lari (məbləğin 10 faizi miqdarında) cərimələnib.

Bu barədə məlumatı Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.