Gəlirlər Xidmətindən verilmiş məlumatda telefon şəbəkəsinə sistemli ziyan dəydiyi üçün İnformasiya Kommunikasiya Mərkəzinin fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı deyilir
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilmiş məlumatda telefon şəbəkəsinə sistemli ziyan dəydiyi üçün 2 299 299 İnformasiya Kommunikasiya Mərkəzinin fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı deyilir.
“Xidmətin vaxtında tam bərpası üçün texniki işlər aparılır.
Buradaca bildiririk ki, xidmətdən RS-çat vasitəsilə və ya distansional rejimdə yararlanmaq, Gəlirlər Xidmətinin www.rs.ge saytında mövcud elektron xidmətlərdən istifadə etmək mümkündür.
Gəlirlər Xidməti yaranmış narahatlığa görə üzr istəyir”- deyə məlumatda qeyd olunub.