Gəlirlər Xidməti - Tbilisi və Batumi hava limanlarında İran, Qırğızıstan və İsrail vətəndaşlarının yüklərinə baxış nəticəsində külli miqdarda bəyan olunmamış vəsait aşkar edilib
Gəlirlər Xidməti - Tbilisi və Batumi hava limanlarında İran, Qırğızıstan və İsrail vətəndaşlarının yüklərinə baxış nəticəsində külli miqdarda bəyan olunmamış vəsait aşkar edilib

 
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük zabitləri tərəfindən, “Tbilisi Hava Limanı” və “Batumi Hava Limanı” gömrük-keçid məntəqələrində, şübhə əsasında İran, Qırğızıstan və İsrail vətəndaşlarının həm fiziki, həm də onlara məxsus yüklərə ətraflı baxış nəticəsində 301 430 ABŞ dolları məbləğində bəyan olunmamış vəsait aşkarlanıb.

Məlumatı Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayır.

İdarədən verilən məlumatda, bəyan olunmamış vəsaitin ümumi miqdarının Milli Bankın məzənnəsinə əsasən, 835 467 877 lari təşkil etdiyi deyilir.

Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya şəklində 83 546,78 lari (məbləğin 10%-i) məbləğində cərimələniblər.