Gəlirlər Xidməti - "Sarpi" gömrük-keçid məntəqəsində qaragilə tingləri ilə yüklü avtomobil ixracatçı ölkəyə geri qaytarılıb
Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarpi” gömrük-keçid məntəqəsində Bolqarıstan Respublikasından gələn 49 280 ədəd qaragilə tingi yüklənmiş nəqliyyat vasitəsi saxlanılıb -məlumatı Gəlirlər Xidməti yayır.
“Gömrük İdarəsinin Sanitariya, Fitosanitar və Baytarlıq Nəzarəti İdarəsinin fitosanitarları tərəfindən fitosanitar sərhəd-karantin nəzarəti prosedurlarının həyata keçirilməsi nəticəsində bitki sağlamlığının tələblərinə uyğunsuzluq aşkar edilib (yük vasitəsində çoxlu sayda zərərli orqanizmlər aşkar edilib)” -deyə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatında deyilir.