Gəlirlər Xidməti Qırmızı Körpü və Tbilisi Aeroportunda deklarasiya edilməmiş pul aşkar etdi
Gəlirlər Xidməti Qırmızı Körpü və Tbilisi Aeroportunda deklarasiya edilməmiş pul aşkar etdi

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları “Qırmızı Körpü” və “Tbilisi Aeroprtu” gömrük-keçid məntəqələrində müxtəlif ölkədən olan vətəndaşların həm fiziki, həm də şəxsi baqajlarına hərtərəfli baxış nəticəsində şübhə əsasında, ümumilikdə 98.850 ABŞ dolları məbləğində deklarasiya edilməmiş məbləği aşkar etdilər.

Gəlirlər Xidmətinin məlumatına görə, deklarasiya edilməmiş pulun ümumi məbləği Milli Bankın məzənnəsinə əsasən, 274 675 larini təşkil etdi.

Elə onların məlumatına görə, Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə əsasən qanunu pozan vətəndaşlar sanksiya şəklində ümumilikdə 27 467 lari (məbləğin 10%) məbləğində cərimələndilər.