Gəlirlər Xidməti - gömrük zabitləri külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsi faktının qarşısını alıblar
Gəlirlər Xidməti - gömrük zabitləri külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsi faktının qarşısını alıblar

 

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük zabitləri tərəfindən “Sarpi” gömrük-keçid məntəqəsində külli miqdarda narkotik vasitənin qanunsuz yolla Gürcüstan ərazisinə gətirilməsinə cəhd faktının qarşısı alınıb.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumata əsasən, şübhə əsasında xarici ölkə vətəndaşının bədəninin rentgen aparatı ilə yoxlanılması nəticəsində gizli şəkildə yerləşdirilən (ümumi çəkisi: 192,18 qram) narkotik vasitə aşkar edilib.

Qurumdan işin materiallarının əlavə cavab tədbirləri üçün Gürcüstanın Daxili İşlər Nazirliyinə təhvil verildiyini bildirirlər.