Gəlirlər Xidməti - gömrük zabitləri külli miqdarda bəyan olunmamış pul vəsaitinin ölkəyə daxil edilməsi faktlarının qarşısını alıblar
Ötən ayın göstəricilərinə görə, “Tbilisi Hava Limanı”, “Kutaisi Hava Limanı” və “Sadaxlo-avtomobil” gömrük keçid məntəqələrində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük zabitləri şübhə əsasında, xarici ölkə vətəndaşlarının fiziki və onlara məxsus baqajlarında, eləcə də onların idarə etdiyi avtonəqliyyat vasitələrində ətraflı yoxlanış nəticəsində bəyan edilməmiş pul vəsaiti, ümumilikdə 296 522 ABŞ dolları, 1 300 rus rublu, 240 tacik somu, 780 Çin yuanı, 198 000 qazax təngəsi və 550 Qırğızıstan somu aşkarlayıblar. Bu barədə Gəlirlər Xidmətinin mətbuat xidməti məlumat yayır.
Verilmiş məlumatda qeyd edildiyi üzrə, bəyan edilməmiş pul vəsaitinin ümumi miqdarı Milli Bankın məzənnəsinə əsasən, 780 144,43 lari təşkil edib.
“Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə əsasən qanunu pozan vətəndaşlar sanksiya olaraq, ümumilikdə 78 014 443 lari (məbləğin 10%-i) məbləğində cərimələniblər.
Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə əsasən, 197 750 ABŞ dollarını qaçaqmalçılıq yolu ilə ölkə sərhədindən keçirən xarici ölkənin vətəndaşına qarşı sanksiya olaraq bəyan edilməmiş malların müsadirəsi müəyyən edilib.