Gəlirlər Xidməti - "Ğazbeqi" gömrük -keçid məntəqəsi tam gücü ilə, fasiləsiz şəkildə fəaliyyət göstərir
Gürcüstanın gömrük ərazisinə malların idxalı/ixracı, avtonəqliyyat vasitələrinin hərəkəti, eləcə də dövlət sərhədini keçən şəxslər üçün gömrük nəzarəti prosedurlarının aparılması 24 saatlıq rejimdə tam gücü ilə həyata keçirilir – bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən açıqlayırlar.
“Buradaca qeyd edirik ki, son on günün göstəricilərinə əsasən, Gürcüstanın dövlət sərhədinə daxil olan və çıxanlar arasında kəskin fərq/artım yoxdur.
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti media vasitələrini yalan və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırır” – deyə idarədən bildirilib.