Gəlirlər Xidməti - beynəlxalq sanksiyalara uyğun olaraq, ABŞ və Avropa İttifaqı ölkələrindən Rusiya və Belarusa gətirilən avtomobillərin Gürcüstan ərazisindən təkrar ixracı qadağandır
ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara əsasən, avqustun 1-dən ABŞ-dan Rusiya və Belarusa gətirilən avtomobillərin Gürcüstan ərazisindən təkrar ixracı qadağan edilib. Bu barədə Gürcüstanın Birinci Kanalına Gəlirlər Xidmətindən məlumat verilib.
Bundan əlavə, öz məlumatlarına görə, sentyabrın 26-dan etibarən Avropa İttifaqından Rusiya və Belarusa gətirilən avtomobillərin təkrar ixracı qadağan ediləcək.
“Avqustun 1-dən Gürcüstan ərazisindən yalnız Amerika Birləşmiş Ştatlarından Rusiya və Belarusa gətirilən avtomobillərin təkrar ixracı/ixrac edilməsi qadağandır. Sentyabrın 26-dan isə tətbiq edilən sanksiyaların 11-ci paketində nəzərdə tutulduğu kimi, Avropa İttifaqından Rusiya və Belarusa gətirilən avtonəqliyyat vasitələrinin Gürcüstan ərazisindən reeksport/ixracına qadağa qoyulacaq”, – Gəlirlər Xidməti bildirib.