Gəlirlər Xidməti - artmış nəqliyyat yük axını şəraitində bütün gömrük-keçid məntəqələri xüsusi rejimdə işləyir, gömrük zabitlərinin sayı artıb
Gəlirlər Xidməti - artmış nəqliyyat yük axını şəraitində bütün gömrük-keçid məntəqələri xüsusi rejimdə işləyir, gömrük zabitlərinin sayı artıb

 

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumatda bildirilir ki, bütövlükdə bölgədə artan nəqliyyat yük axını şəraitində bütün gömrük-keçid məntəqələri xüsusi iş rejiminə keçib.

Gəlirlər Xidmətinin açıqlamasında qeyd olunduğu üzrə gömrük nəzarəti prosedurlarının 24 saatlıq rejimdə yubanma olmadan həyata keçirilməsi məqsədilə Gürcüstan miqyasında mövcud buraxılış məntəqələrində gömrük əməkdaşlarının sayı artırılıb.

“Buradaca izah edirik ki, Rusiya Federasiyası tərəfdən “Lars” gömrük-keçid məntəqəsindən keçməklə, Gürcüstandan (“Ğazbeqi” gömrük keçid məntəqəsi) çıxan yük avtomobillərinə yönəlik gömrük nəzarəti prosedurları qismən yubanır.

Artan beynəlxalq yük dövriyyəsinin fasiləsizliyini təmin etmək məqsədilə, gömrük-keçid məntəqələrinin birgə idarə edilməsi çərçivəsində, Gəlirlər Xidməti qonşu dövlətlərin – Türkiyə, Azərbaycan və Ermənistan respublikalarının müvafiq gömrük idarələri ilə təyinat ölkələrinə çatmaq üçün alternativ gömrük keçid məntəqələrini tez tapmaq üçün intensiv əlaqə saxlayır ” –deyə Gəlirlər Xidmətinin bəyanatında deyilir.