Gəlirlər Xidməti - 20 min kiloqram kartof ixracatçı ölkəyə geri qaytarılıb
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatında 20 min kiloqram kartofun ixracatçı ölkəyə geri qaytarıldığı deyilir.
“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin Sanitariya, Fitosanitar və Baytarlıq Nəzarəti Şöbəsinin əməkdaşları tərəfindən “Ğazbeqi” gömrük-keçid məntəqəsində Rusiya Federasiyasından gətirilən 20 min kiloqram kartofun yoxlanılması nəticəsində, məhsulda bitki sağlamlığı və qida təhlükəsizliyi tələbləri ilə uyğunsuzluq aşkar edilib.
Gürcüstan hökumətinin 463 saylı qərarına əsasən, sözügedən məhsul ixracatçı ölkəyə geri qaytarılıb” – deyə məlumatda qeyd olunub.