Gəlirlər Xidməti - “Sadaxlo” gömrük-sərhəd buraxılış məntəqəsi adi qaydada fəaliyyətini davam etdirir
Gəlirlər Xidməti - “Sadaxlo” gömrük-sərhəd buraxılış məntəqəsi adi qaydada fəaliyyətini davam etdirir

 
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilən məlumatda, “Sadaxlo” gömrük-sərhəd buraxılış məntəqəsinin adi qaydada fəaliyyətini davam etdirdiyi deyilir.

Gəlirlər Xidmətindən verilmiş məlumata əsasən, Gürcüstanın gömrük sərhədində malların daxil edilməsi-çıxarılması, eləcə də qeyd olunan gömrük-sərhəd buraxılış məntəqəsi vasitəsilə fiziki şəxslərin dövlət sərhədini keçməsi üçün gömrük nəzarəti prosedurları fasiləsiz, tam gücü ilə həyata keçirilir.

“Xatırladaq ki, cari ilin mayın 26-da yağan güclü yağış nəticəsində məcrasından çıxmış çay Ermənistan və Gürcüstanı birləşdirən beynəlxalq əhəmiyyətli yolun hissəsinə (Gürcüstan sərhədindən üç kilometr aralıda) ziyan vurub, bu səbəbdən Ermənistan Respublikası tərəfində yerləşən “Baqrataşeni” gömrük- sərhəd buraxılış məntəqəsinin fəaliyyət prosesi tamamilə dayandırılmışdı. Bəhsi keçən yolun sözügedən hissəsində davam edən aktiv bərpa işləri başa çatana qədər Ermənistan tərəfinin təşəbbüsü ilə sərhədi keçən şəxslər üçün “Baqrataşeni” istiqamətində sərnişin/yük daşımalarının vaxtında həyata keçirilməsini təmin etmək üçün müvəqqəti olaraq alternativ, dolama yol təklif olunub.

Buradaca xatırladaq ki, məcrasından çıxmış “Debeda” çayı Marneuli Munisipalitetində yerləşən “Sadaxlo dəmir yolu” gömrük-sərhəd buraxılış məntəqəsinin ərazisini basıb. Bərpa işləri başa çatan kimi sərhəd buraxılış məntəqəsi tam gücü ilə fəaliyyətini davam etdirəcək” – Gəlirlər Xidmətinin bəyanatında qeyd olunub.