Gəlirlər Xidməti - qida təhlükəsizliyi tələbləri ilə uyğunsuzluğa görə 43,900 kiloqram kartof ixracatçı ölkəyə qaytarılıb
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti tərəfindən yayılan məlumatda 43,900 kiloqram kartofun ixracatçı ölkəyə qaytarıldığı deyilir.
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin Sanitar, Fitosanitar və Baytarlıq Nəzarəti Şöbəsinin əməkdaşları tərəfindən “Ğazbegi” gömrük keçid məntəqəsində Qırğızıstan Respublikasından gətirilən 43,900 kq. kartofun yoxlanılması nəticəsində məhsulda bitki sağlamlığı və qida təhlükəsizliyi tələblərinə uyğunsuzluq aşkar edilib.
Gürcüstan hökumətinin 463 saylı qərarına əsasən, adıçəkilən mallar ixracatçı ölkəyə qaytarıldı” -deyə məlumatda deyilir.