Gəlirlər Xidməti - 42 min kiloqram kartof ixracatçı ölkəyə geri qaytarılıb
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin Sanitar, Fitosanitar və Baytarlıq Nəzarəti Şöbəsinin əməkdaşları tərəfindən “Ğazbeqi” gömrük-keçid məntəqəsində müxtəlif ölkələrdən gətirilmiş 42 min kq kartofun yoxlanılması nəticəsində məhsulda bitki sağlamlığı və qida təhlükəsizliyi tələbləri ilə uyğunsuzluq aşkar edilib.
Bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidməti məlumat yayır.
“Gürcüstan hökumətinin 463 saylı qərarına əsasən, qeyd olunan mallar ixracatçı ölkəyə geri qaytarılıb”–deyə Gəlirlər Xidmətində açıqlayırlar.