Gəlirlər Xidməti 300-larilik kompensasiyalarla bağlı bəyanat yayır
Gəlirlər Xidməti 300-larilik kompensasiyalarla bağlı bəyanat yayır

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti lokal məhdudiyyətlərə görə, zərər görən vətəndaşara veriləcək 300-larilik kompensasiyalarla bağlı bəyanat yayır.

Bugündən etibarən, Maliyyə Nazirliyinin Gəlirlər Xidməti, 2020-ci ilin noyabrın 28-dən tətbiq olunan məhdudiyyətlərə görə, müvəqqəti olaraq, işini itirən və maddi zərər görən vətəndaşlara 300 larilik bir dəfəlik kompensasiyanın ödənilməsi üçün qeydiyyat prosesinə başlayır.

Qeydiyyat ərizəsi vergi ödəyicisinin avtorizasiyalı səhifəsindən yüklənməlidir https://eservices.rs.ge.

İlk ərizələrin təqdim edilməsi dekabrın 3-dən, dekabrın 24-nə qədər həyata keçirilir. Dekabrın 28-nə qədər isə, ərizələrin dəqiqləşdirilməsi davam edir.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti vergi ödəyicilərinə müraciət edir ki, kompensasiyayı vaxtında almaq üçün, idarəyə zamanında və dəqiq məlumat çatdırsınlar.

Maliyyə Nazirliyinin Gəlirlər Xidməti daxil olunan ərizələti müzakirə etdikdən 3 iş günü ərzində, gərəkən şəxslərə pul məbləğini köçürür.

Yenə bir daha xatırladırıq ki, dövlət büdcə təşkilatlarından, banklardan və hissəslərinin 50 faizinin dövlətə aid olan müəssisələrdən maaş alan şəxslərə 300 larilik kompensasiya ödənilmir.