Gəlir Xidməti - Batumi və Poti dəniz limanlarına daxil olan gəmilərin yükləri boşaldılıb və qanunvericiliyə uyğun olaraq idxal/tranzit proseduruna tabe tutulub
Gəlir Xidməti - Batumi və Poti dəniz limanlarına daxil olan gəmilərin yükləri boşaldılıb və qanunvericiliyə uyğun olaraq idxal/tranzit proseduruna tabe tutulub

 

Batumi və Poti dəniz limanlarına daxil olan gəmilərin yükləri boşaldılıb və qanunvericiliyə uyğun olaraq idxal/tranzit proseduruna tabe tutulub – deyə Gəlir Xidmətinin məlumatında qeyd olunub.

“Maliyyə Nazirliyinin Gəlir Xidməti cari ilin 11-15 avqust tarixlərində Poti və Batumi limanlarına Rusiya Federasiyasının və Bolqarıstan Respublikasının limanlarından Rusiya və Panama bayraqları altında üzən gəmilərin (BLACKSEA EAGLE, SVL UNITY, BAKU STAR, NEONILA) daxil olduğunu nəzərinizə çatdırır.

Sözügedən gəmilər həm gürcü (6 270,095 ton dizel, 2,9 min ton buğda), həm də erməni (5 000 306 ton benzin və 3 299,100 ton buğda) şirkətləri ( qurum şirkətlərin adını çəkməkdə və verdi gizliliyini əks etdirən məlumatı yaymaqda təmkinli davaranır) üçün Rusiya və Bolqarıstan şirkətlərindən göndərilmiş , idxal gömrük prosedurlarına tabe tutulmaq üçün nəzərdə tutulmuş yüklə dolu idi.

Müşayiət olunan sənədlərə əsasən, yuxarıda qeyd olunan buğda Rusiya mənşəlidir.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyi tərəfindən aparılan yoxlama nəticəsində beynəlxalq sanksiyaların gəmilərə və gəmi sahibi şirkətlərə şamil olunmadığı təsdiqlənib. Həmçinin, Gəlir Xidmətinin yoxlaması nəticəsində daxil olan yüklərə də beynəlxalq sanksiyaların tətbiq edilmədiyi müəyyən edilib. Bu məlumat açıq mənbələr vasitəsilə əlçatandır. Bəhsi keçənlərdən irəli gələrək, gömrük nəzarəti prosedurları başa çatdıqdan sonra yuxarıda qeyd olunan yüklər boşaldılıb və qanunvericiliyə uyğun olaraq idxal proseduruna tabe tutulub.

Maliyyə Nazirliyinin Gəlir Xidməti və Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi beynəlxalq sanksiyalarla əlaqədar həm gəmiləri, həm də gəmi sahiblərini əlaqələndirilmiş şəkildə və daim yoxlayır və əgər gəmi, yük və ya gəmi sahibi sanksiyalar siyahısındadırsa, onun Gürcüstan limanlarına daxil olması və gömrük prosedurlarından keçməsi üçün hüquq tanınmır.