Gəlirlər Xidməti - Sadaxlı və Valedə ölkəyə odlu silah və patron gətirmək cəhdinin qarşısı alınıb
Sadaxlı və Valedə ölkəyə odlu silah və patron gətirmək cəhdinin qarşısı alınıb. Bununla bağlı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin gömrük-zabitləri “Vale” və “Sadaxlı-avtomobil” gömrük keçid məntəqələrində gömrük nəzarəti prosedurlarının həyata keçirilməsi zamanı xarici ölkə vətəndaşlarının idarə etdikləri avtonəqliyyat vasitələrinə dair şübhələr əsasında , müxtəlif adda odlu silahlar, o cümlədən: patron daraqlı tapança, pnevmatik tapança, həmçinin avtomatik silah patron darağı və 25 ədəd patron aşkar ediblər.
Adıçəkilən qanunu pozan vətəndaşların işləri materiallara əlavə cavab verilməsi üçün Gürcüstanın Daxili İşlər Nazirliyinə təhvil verilib”, – məlumatda deyilir.