Gələn ildən Tbilisidə ictimai nəqliyyatda abunə sistemi işə düşəcək
Gələn ildən Tbilisidə ictimai nəqliyyatda abunə sistemi işə düşəcək

Gələn ildən Tbilisidə ictimai nəqliyyatda abunə sistemi işə düşəcək, – bu barədə Tbilisi meri Kaxa Kaladze bugünkü hökümət iclasında bildirib.

Kaxa Kaladzenin sözlərinə görə, yeniliyin təfərrüatları daha sonra məlum olacaq. Onun sözlərinə görə, mikroavtobus parkı tam yeniləndikdən sonra bütün ictimai nəqliyyatda vahid gediş haqqı olacaq.

“Bundan başqa, yanvar ayından biz yenilikləri – abunə sistemini təqdim edəcəyik. Bu barədə ictimaiyyətə bir az sonra məlumat verəcəyik. Həmçinin, inteqrasiya olunmuş tarif olacaq. Bilirsinizmi ki, insanlar metro bileti alarkən heç bir vergi ödəmədən avtobusdan, mikroavtobusdan saat yarım ödənişsiz istifadə etmək imkanına malikdirlər. Bu gün bu, sarı marşrutlara şamil edilmir, lakin gələn ildən vəziyyət tamamilə tənzimlənəcək və bütün ictimai nəqliyyatlar bu inteqrasiya olunmuş tariflərdən istifadə edə biləcəklər”, – deyə Kaxa Kaladze bildirib.

Tbilisi meri onu da qeyd edib ki, ilin sonuna qədər mikroavtobus parkı tamamilə yenilənəcək və sarı mikroavtobuslar tamamilə yeni, mavi mikroavtobuslarla əvəz olunacaq.