Gələn ildən Rustaveli prospektində Lağidze suları və məşur xaçapuri məkanı bərpa ediləcək
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili paytaxtın meri Kaxa Kaladzedən xahiş etdi ki, biznes hüquqlarının tam qorunması ilə, Lağidze sularını və Rustaveli caddəsindəki məşhur xaçapuri kafesini bərpa etsin.
Bu mövzu ilə bağlı baş nazir dünən “Qalereya Tbilisi” ticarət mərkəzinin açılışında danışdı.
“Lağidze sularının qaytarılmasını istəyirəm, bu həm turistlər üçün maraqlı olar həm də o məkan ilə bağlı gözəl xatirələri olan insanları sevindirər”, – dedi Giorgi Kvirikaşvili.
Tbilisi meri Kaxa Kaladze isə, baş nazirin bu xahişinə cavab olaraq, bəyan etdi ki, Lağidze sularının və söz edilən məşhur xaçapuri məkanının yaxın gələcəkdə bərpası üçün əlindən gələni edəcək.