Gələn həftədən, Tbilsidə, gecə saatlarında, test rejimində 18 metrlik avtobus hərəkət edəcək.
Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına paytaxt merinin müavini Maia Bitadze verdi.
Maia Bitadzenin dediyinə görə, avtobus paytaxtın 10 əsas caddəsində hərəkət edəcək və yolçulara xidmət edəcək.
Test rejiminin məqsədi isə, infrastrukturdaki çatışmamazlıqlarının identifikasiyası və aradan qaldırılmasıdır.
Daha sonra isə, Tbilisinin 10 əsas caddəsi üçün meriya 179 ədəd 18 metrlik avtobus alacaq.
Maia Bitadzenin dediyinə görə, 18 metrlik avtobuslar 150 sərnişin üçün nəzərdə tutulub.