Gələn həftədən parlament Ali Məhkəmənin hakim namizədlərini müzakirə edəcək
Gələn həftədən parlament Ali Məhkəmənin hakim namizədlərini müzakirə edəcək

Gələn həftədən parlament Ali Məhkəmənin hakim namizədlərini müzakirə edəcək, – bu barədə məlumatı parlamentin sədri Arçil Talakvadze, medya nümayəndələrini qanunverici orqanın payız sessiyasının işi ilə tanış edərkən verdi.

Payız sesiyasında müzakirə ediləcək əsas mövzulardan biri məhkəmə islahatıdır.

Parlamentin sədri bəyan edir ki, məhkəmə islahatının dördüncü dalğası, məhkəmələrə hakimlərin təyin edilməsi prosesini əhatə edir.

Talakvadze qeyd edir ki, proses maksimal şəkildə şəffaf olacaq.

Parlamentin sədrinin dediyinə görə, payız sesiyasında parlament bir neçə əsas məsələyə diqqət edəcək:

Seçki islahatı, məhkəmə islahatı, Avropa və Avro-atlantik inteqrasiya və anti-işğal siyasəti;

ətraf mühit və ekologiya; uşaq haqqları; biznesə dəstək; məktəb təsərrüfatına yardım.

Arçil Talakvadzenin medya ilə görüşündə parlament əksəriyyətinin üzvləri də iştirak edirdilər.