Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari müavin postuna Qela Qeladzenin namizədliyini irəli sürüb.
Təhsil Nazirliyi tərəfindən yayılmış məlumatda Qela Qeladzenin nazir müavini vəzifəsində Valerian Qobronidzeni əvəz edəcəyi deyilir. O, nazirliyin peşə təhsilinin inkişafı, iqtisadi, hüquq və inzibati şöbələrinə, eləcə də təhsil müəssisəsinin mandatur xidmətinə, tədris və elmi infrastrukturun inkişafı agentliyinə və təhsilin idarəedilməsi informasiya sisteminə rəhbərlik edəcək.
Qela Qeladzenin dövlət və özəl sektorda böyük iş təcrübəsi var. Qeyd etmək lazımdır ki, o, 2018-ci ildən Gürcüstanın təhsil və elm sistemində işləyir.