Geka Geladze Ermənistanın səfiri Ashot Smbatyan ilə görüşüb
Geka Geladze Ermənistanın səfiri Ashot Smbatyan ilə görüşüb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Geka Geladze Ermənstan Respublikasının Gürcüstandakı səfiri Ashot Smbatyan ilə görüş keçirib.

Tərəflər ölkələr arasında mövcud strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət həmçinin regionda gedən proseslərə və təhlükəsizlik sahəsində mövcud çağırışlara da toxunub.

Geka Geladze Gürcüstan və Ermənistan Respublikasının təhlükəsizlik xidmətləri arasında mövcud olan möhkəm əməkdaşlığın əhəmiyyətini vurğulayıb və tərəfdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildirib.

Ashot Smbatyan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərini vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.