Gecə saatlarında Eristavi küçəsində nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılacaq
Gecə saatlarında Eristavi küçəsində nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılacaq

Tbilisinin Tsereteli prospektində davam edən və tamamlanma mərhələsində olan abadlıq işləri ilə əlaqədar Eristavi küçəsində nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılacaq-məlumatı Tbilisi Meriyası yayır.

Konkret olaraq, məhdudiyyət yanvarın 25-i və 26-sı saat 23:00-dan 07:00-dək Akaki Tsereteli prospektinin kəsişməsinə yaxın yol hissəsində tətbiq olunacaq.

Tbilisi Meriyası yaranmış narahatlığa görə vətəndaşlardan üzr istəyir.