Gecə saatlarında Çabua Amirecibi şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Çabua Amirecibi şossesində qayalı yamacda sürüşməyə qarşı torların quraşdırılması davam edir. Sözügedən işlərin görülməsi ilə əlaqədar sentyabrın 26-dan 28-dək saat 00:00-dan 06:00-dək Çabua Amirejibi və Kakutsa Çolokaşvili avtomobil yollarının kəsişməsindəki tuneldən Mixail Tamaraşvili prospektinə qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Tbilisi meriyası məlumat yayıb.
“Məhdudiyyət müddətində avtomobillər Kakutsa Çolokaşvili şosesi, Sulxan Tsintsadze küçəsi və Mixeil Tamaraşvili prospektindən istifadə etməklə hərəkət edə biləcək.
“Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir”, – məlumatda qeyd olunur.