Gedvan Popxadze - Ninia Kakabadzeyi dəstəkləyən bir siyasi dəstədə özümü təsəvür edə bilmirəm
Gedvan Popxadze - Ninia Kakabadzeyi dəstəkləyən bir siyasi dəstədə özümü təsəvür edə bilmirəm

Deputat Gedevan Popxadze parlament vəzifəsini və “Gürcü Arzusu” partiyasını tərk etməyi düşünür.

Deputatın dediyinə görə, onun qərarı iqtidar dəstəsi tərəfindən Ninia Kakabadzenin İctimai Yayımçının qəyyumlar şurasına üzvlüyünün dəstəklənməsi oldu.

“Avropa Gürcüstanı” tərəfindən təqdim edilən Ninia Kakabadzeyi dəstəkləyən bir siyasi dəstədə özümü təsəvür edə bilmirəm” – dedi Popxadze.

Xatırladaq ki, İctimai Yayımçının Qəyyumlar Şurasının yenə bir üzvü Ninia Kakabadze oldu.

Bu məsələ ilə bağlı səs vermə parlamentin bugünki plenar iclasında keçirildi.

Səs vermə nəticələrinə əsasən, Ninia Kakabadzenin namizədliyini 55 deputat dəstəklədi, 12-si isə, qarşı çıxdı.

Ninia Kakabadzeyi Qəyyumlar Şurasının üzvü olaraq, “Avropa Gürcüstanı” təqdim etdi.

Elə bugün, parlament İctimai Yayımçının üzvü olaraq, İzabella Osipovanın namizədliyini təsdiqlədi.