Ğazbeqidə gömrük zabitləri gömrüyə bəyan edilmədən külli miqdarda vəsaitin keçirilməsi faktının qarşısını alıblar
“Ğazbeqi” gömrük-keçid məntəqəsində gömrük zabitləri gömrüyə bəyan edilmədən külli miqdarda vəsaitin keçirilməsi ilə bağlı 3 faktın qarşısını alıblar.
“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük zabitləri şübhə əsasında xarici ölkə vətəndaşlarının həm üzərlərinə, həm də şəxsi yüklərinə və onların nəzarətində olan avtonəqliyyat vasitələrinə ətraflı baxış nəticəsində gömrüyə bəyan edilməmiş 80 000 ABŞ dolları və 8 672 000 rus rublu aşkarlayıblar.
Bəyan edilməmiş məbləğin ümumi miqdarı Milli Bankın məzənnəsinə əsasən, 464 595,2 lari təşkil edib.
Gürcüstanın Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya qismində ümumilikdə 46 518 lari (məbləğin 10%-i) məbləğində cərimələniblər”- istintaq xidmətindən açıqlayıblar.