"Ğazbeqi" gömrük buraxılış məntəqəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən verilmiş məlumatda, fövqəladə vəziyyətlə əlaqədar ( “Devdoraki” çayında quraşdırılmış və çay yatağında axının minimal yüksəlməsi halında dəyişiklikləri qeydə alan ölçmə detektorundan daxil olmuş siqnal bildirişi əsasında) “Ğazbeqi” gömrük buraxılış məntəqəsinin fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı deyilir.
“Gürcüstanın gömrük sərhədində malların idxalı- ixracı, eləcə də sözügedən gömrük buraxılış məntəqəsi vasitəsilə dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları həyata keçirilə bilməz.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə, müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Ğazbeqi” gömrük buraxılış məntəqəsinin əməkdaşları və sərnişinlər mühafizə olunan/təhlükəsiz əraziyə çıxarılıblar.
Təhlükə aradan qalxdıqdan sonra (daşmış çayın su səviyyəsi enən kimi) “Ğazbeqi” gömrük buraxılış məntəqəsi adi rejimdə, tam gücü ilə fəaliyyətini davam etdirəcək. Müvafiq olaraq, sərnişin və yüklərin daşınması ləngimə olmadan həyata keçiriləcək”- deyə Gəlirlər Xidmətinin məlumatında qeyd olunub.