Qazaxıstan, Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin imkanlarının yaxşılaşdırılması ilə bağlı birgə sənədlər imzalayıblar
Qazaxıstan, Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin imkanlarının yaxşılaşdırılması ilə bağlı birgə sənədlər imzalayıblar

 

Vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili Gürcüstanın hökumət nümayəndə heyəti ilə birlikdə Trans-Xəzər Nəqliyyat Dəhlizinin inkişafı ilə bağlı dördtərəfli görüşdə iştirak ediblər. Məlumatı İqtisadiyyat Nazirliyi yayır.

Nazirliyin məlumatında Qazaxıstan, Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin görüşünün Qazaxıstanın Aktau şəhərində keçirildiyi deyilir. Nazirliyin məlumatında Aktau görüşündə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvilinin də iştirak etdiyi deyilir.

“Görüşdə tərəflər Orta Dəhlizin infrastruktur komponentlərini və əməliyyat istiqamətlərini inkişaf etdirmək barədə razılığa gəliblər.

Gürcüstanın vitse baş naziri çıxışında son illərdə Orta Dəhlizin effektivliyinin artırılması istiqamətində atılan mühüm addımlara diqqət çəkib. O, Orta Dəhliz vasitəsilə konteyner qatarlarının hərəkətinə ilk dəfə başlanıldığı 2014-cü illə müqayisədə 2021-ci ildə əhəmiyyətli artım müşahidə olunduğunu və Gürcüstan vasitəsilə Çin-Avropa konteyner daşımalarının 10 min TEU-nu keçdiyini bildirib.

Levan Davitaşvili infrastrukturun və dəhlizlə bağlı digər istiqamətlərin inkişaf etdirilməsinin vacib olduğunu bildirib. O, Qara dənizdə nəqliyyat marşrutlarının və dəhlizlərinin rəqəmsallaşdırılmasının zəruriliyinə diqqət çəkib.

Görüşdə Azərbaycan, Qazaxıstan və Türkiyə tərəfləri də öz növbəsində Orta Dəhlizin effektivliyini və cəlbediciliyini artırmaq üçün birgə tədbirlər görməyə hazır olduqlarını bildiriblər.

Ministerial çərçivəsində Orta Dəhlizin imkanlarının artırılması ilə əlaqədar müəyyən edilmiş konkret fəaliyyətlərlə bağlı sənədlər imzalanıb, belə ki söhbət dəhlizin dar boğazının və tıxac təsirinin aradan qaldırılmasına dair 2022-2027-ci illər üçün tədbirlər planından gedir”-deyə nazirliyin məlumatında qeyd edilir.