ABŞ tərəfindən öldürülən İranlı general Qasım Süleymaninin dəfn mərasimi təxirə salındı.
Bunun səbəbi olaraq isə, İran iqtidarı dəfn mərasiminə gələn insan çoxluğunu göstərir.
BBC-nin məlumatına görə, Qasım Süleymaninin dəfn mərasimində baş verən izdiham zamanı 35 nəfər öldü, 48 də xəsarət aldı.
Kərman şəhərində keçirilən dəfn mərasimində yüz minlərlə insan yığıldı.
Generalın dəfn mərasimini təşkil edən komitədə bəyan edirlər ki, Süleymani bu gün torpağa verilməyəcək.
Onun torpağa veriləcəyi tarix isə, daha sonra məlum olacaq.