Qardabaninin Qaracalar kəndində həyat yoldaşını xüsusi qəddarlıqla qətlə yetirməkdə ittiham edilən şəxsə 20 il həbs cəzası verildi
Rustavi Şəhər Məhkəməsi təqsirləndirən tərəfin təqdim etdiyi dəlilləri qəbul etdi və həyat yoldaşını xüsusi qəddarlıqla qətlə yetirməkdə və soyuq silah daşımaqda ittiham edilən şəxs üçün cəza tədbiri olaraq, 20 il həbs qərarı verdi.
Məhkəmə prosesində təsdiqləndi ki, T.M. 2020-ci ilin fevralın 15-də, gecə saatlarında, az yaşlı uşağının və həyat yoldaşının bacısının gözlərinin qabağında, qısqançlıq səbəbi ilə, həyat yoldaşına boğazından bıçaq zərbələri yetirdi.
Cinayəti işlədikdən sonra, T.M. hadisə yerindən qaçdı. Yaralanan həyat yoldaşı isə, yerindəcə həyatını itirdi.
Hüquqmühafizəçilər T.M-yı 2020-ci ilin 16 fevral tarixində, Qardabani rayonunun Qaçiani kəndində həbs etdilər.