Qardabanidə məhkəmə iki nəfəri ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edib
Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək, Qardabani bələdiyyəsində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktına görə təqsirləndirilən iki nəfəri 20-20 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Söhbət Texniki Universitetin dekanı Otar Qelaşvilinin qətli ilə bağlı işdən gedir.
“Məhkəmə zamanı tədqiq edilən sübutlarla sübuta yetirilib ki, 2023-cü ilin avqust ayında Qardabani bələdiyyəsinin Qaratəhlə kəndində təqsirləndirilən şəxslər qisas məqsədi ilə qrup halında xüsusi amansızlıqla zərərçəkmiş şəxsin həyatına təhlükə törədən, çoxsaylı bədən xəsarətləri yetiriblər.
Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Prokurorluq hər iki şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” və “m” yarımbəndləri ilə (qütblükdə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) ittiham irəli sürüb. Məhkəmə onların hər ikisini irəli sürülən ittihamlar üzrə tam təqsirli bilib.