Gürcüstanın Daxili İşlər Nazirliyinin yeni təşəbbüsünə əsasən, “qanuni oğru” aləmi ilə bağlı olan şəxslərin cəzalandırılması sərtəşdirilir, cəzalandırılacaq şəxslərin dairəsi isə, genişləndirilir.
Bu barədə bəyanatı bugün keçirdiyi brifinqdə Daxili İşlər Nazirinin müavini Natia Mezvirişvili verdi.
Natia Mezvirişvilinin bəyan etdiyinə görə, qanunvericilik dəyişiklikləri “qanuni oğruluğun” dəstəklənməsini və həmçinin “qanuni oğrulara” hərhansı müraciəti cinayət hesab edir və buna görə, cəza tədbirini sərtləşdirir.
“Qeyd olunan qanunvericilik layihəsi yaxın günlərdə müvafiq strukturlara təqdim ediləcək”, – dedi Daxili İşlər Nazirinin müavini.