Qanuni oğrular aləminə yardım etmək və üzvlük ittihamı ilə həbslər həyata keçirildi
Qanuni oğrular aləminə yardım etmək və üzvlük ittihamı ilə həbslər həyata keçirildi

Qanuni oğrular aləminə yardım etmək və üzvlük ittihamı ilə həbslər həyata keçirildi.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları baş prokurorluqla bərabər dörd nəfəri həbs etdilər.

İstintaq məlum etdi ki, həbs edilənlərdən biri maliyyə davasının həll edilməsi məqsədi ilə Türkiyədə olan qanuni oğru Tenqiz Xoperiaya müraciət etdi.

Qanuni oğrulara, maliyyə mübahisəsində iştirak edən ikinci tərəf də müraciət etdi.

Oğru aləminin üzvləri məsələyi davaçılardan birinin leyhinə həll etdilər.

Baş verən faktla bağlı, istintaq cinayət məcəlləsinin bir neçə maddəsi ilə aparılır, hansı ki, 3-7-yə, 7-dən 10-a və 9-dan 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Paralel olaraq, Daxili İşlər Nazirliyi İspaniyalı hüquqmühafizəçilərlə birgə əməkdaşlıq nəticəsində yenə 2 kriminal avtoriteti həbs etdi.

Xüsusi əməliyyat İspaniyanın Marbeya şəhərində keçirildi.

Həbs edilən 11 nəfərdən ikisi Gürcüstan vətəndaşıdır.