Qabrielius Landsberqis - Avropa İttifaqına gedən yol obyektiv meyarlardan keçən yoldur, addımlar atılmalı, islahatlar aparılmalıdır, bu, qiymətləndirmədirsə, Gürcüstanın irəliləməsinə kömək edəcək
Qabrielius Landsberqis - Avropa İttifaqına gedən yol obyektiv meyarlardan keçən yoldur, addımlar atılmalı, islahatlar aparılmalıdır, bu, qiymətləndirmədirsə, Gürcüstanın irəliləməsinə kömək edəcək

 

Biz hər zaman deyirik ki, Avropa İttifaqına gedən yol obyektiv meyarlardan keçən yoldur. Bu o deməkdir ki, ölkənin irəliləyə bilməsi üçün addımlar atılmalı, islahatlar aparılmalıdır. Əgər bu, qiymətləndirmədirsə, hesab edirəm ki, bu, həqiqətən də Gürcüstanın irəliləməsinə kömək edəcək – bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis açıqlayıb.

O bildirib ki, onlar bəzi hallarda Gürcüstanın Avropa İttifaqı ilə bağlı müəyyən edilmiş xarici siyasətini görmək istəyirlər.

“Mən sizə Litvanın mövqeyini deyə bilərəm. Biz bəzi hallarda Gürcüstanın Avropa İttifaqı ilə bağlı müəyyən edilmiş xarici siyasətini görmək istəyirik. Bildiyimiz kimi, bu hər zaman belə olmur. İstərdim ki, son qərar qəbul olunmazdan əvvəl bu düzəlsin”- deyə Qabrielius Landsberqis açıqlayıb.