Qabrielius Landsberqis - 2008-ci ildə Gürcüstanda qələbənin olmadığı müharibə dayandı, hərçənd müəyyən sülh, razılaşma var idi, bununla da Krıma hücum mərhələsinə başladıq
2008-ci ildə Gürcüstanda qələbənin olmadığı müharibə dayandı, hərçənd müəyyən sülh, razılaşma var idi, bununla da Krıma hücum mərhələsinə başladıq- bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis xarici işlər nazirlərinin iclası başlamazdan əvvəl bildirib.
O, Krımdan sonra 2022-ci ilin mərhələsinin başladığını və bunun sonuncu faza olduğuna ümid etdiyini bildirib. Landsberqis bildirib ki, Rusiyanın məğlub olacağına, Ukraynanın öz ərazilərini geri alacağına və qitənin yenidən qorunacağına ümid edir.
“Ukraynanın müharibədə qələbə çalması gərəkdiyini deməyimizin səbəblərindən biri də budur. Əgər o qalib gəlməzsə və müharibə burada dayanmazsa, deməli biz o zaman yeni mərhələnin, növbəti müharibənin başlanğıcındayıq. Biz 2008-ci ildə Gürcüstanda qələbənin olmadığı müharibə dayananda yeni mərhələyə başladıq, hərçənd müəyyən sülh, razılaşma var idi. Bununla biz Krıma hücum mərhələsinə başladıq. Krımdan sonra 2022-ci il mərhələsi başladı. İndi ümid edirəm ki, bu, son fazadır, Rusiya məğlub olacaq, biz Ukraynanın ərazilərini geri qaytaracağıq və qitə yenidən təhlükəsiz olacaq” – deyə Qabrielius Landsberqis açıqlayıb.