Futbol taimoutu | Temur Ketsbaia - biz bu uğurdan Gürcüstan çempionatını düzəltmək üçün istifadə etməliyik #1TVSPORT
Futbol taimoutu | Temur Ketsbaia - biz bu uğurdan Gürcüstan çempionatını düzəltmək üçün istifadə etməliyik #1TVSPORT

Temur Ketsbaia birinci kanalın “Futbol Timeout” verilişində Gürcüstan millisini Avropa çempionatı münasibətilə təbrik edib və həmişəki emosionallığı ilə danışıb.

“Bütün Gürcüstanın və gürcü azarkeşlərin çoxdan gözlədiyi çox böyük bir hekayə baş verdi. Təbii ki, mən də bu sevincə, bu qələbəyə qoşuluram.

İnşallah, bu, gürcü futbolunda elə bir vəziyyət yaradar ki, biz çox şeyi düzəldə bilək. Məncə, bu uğurdan Gürcüstan çempionatını yaxşılaşdırmaq üçün istifadə etməliyik.

Mən həmişə demişəm ki, futbolun bğyük gücü var. Heç kim bu qədər insanı küçəyə çıxara bilməz, nə siyasət, nə də başqa idman növü. Buna görə futbola daha çox diqqət lazım olduğunu deyirdim”, – deyə Temur Ketsbaia bildirir.