Futbol Federasiyasının planlaşdırdığı tədbirlə əlaqədar Respublika meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Gürcüstan Futbol Federasiyasının planlaşdırdığı tədbirlə əlaqədar olaraq, Birinci Respublika Meydanında parklanma zolağı boşaldılacaq və hər iki istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, – bu barədə Tbilisi meriyası məlumat yayır.
Onların məlumatına görə, məhdudiyyət martın 25-i saat 08:00-dan martın 27-i saat 12:00-dək Rustaveli prospekti ilə Respublika meydanının kəsişməsindən Respublika meydanı ilə Merab Kostava küçəsinin kəsişməsinədək qüvvədə olacaq.
“Sözügedən müddət ərzində Rustaveli prospektindən Kostava küçəsi istiqamətinə hərəkət edən avtomobillər yalnız Mixeil Cavaxişvili və Merab Kostava küçələri istiqamətində hərəkət edə biləcəklər. Cavaxişvili küçəsindən hərəkət edən avtomobillər Tbilisi Dövlət Konsert Zalı istiqamətində, Kostava küçəsindən isə yalnız Rustaveli prospekti və Azadlıq meydanı istiqamətində hərəkət edə biləcəklər.
İctimai nəqliyyata gəlincə, 359 nömrəli avtobus Vake istiqamətində hərəkət edərkən Cavaxişvili küçəsindən Kostava küçəsinə, sonra isə müəyyən edilmiş sxem üzrə hərəkət edəcək. 457 nömrəli mikroavtobus Besik küçəsi istiqamətində hərəkət edərkən Cavaxişvili küçəsindən Revaz Tabukaşvili küçəsi istiqamətində hərəkət edəcək, Revaz Lağidze küçəsi ilə Rustaveli prospektinə qoşulacaq, sonra isə müəyyən edilmiş sxem üzrə hərəkət edəcək”, – Tbilisi meriyası bildirib.