Fridrix Merts – Ukrayna əhalisinə qarşı barbarcasına hücumlar dayandırılmalıdır, Rusiya Prezidentinə müraciət edirəm, müharibəni bitirin, biz danışıqlar apara bilərik, amma yalnız silahlar susduqdan sonra
Kiyevdə səfərdə olan Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumları dayandırmağa və danışıqlar aparmağa çağırıb.
Almaniya kansleri Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Kiyevdə dron zərbəsi nəticəsində zərər görmüş Milli Elmlər Akademiyasını ziyarət edib.
Mertsin səfəri zamanı Rusiyanın hücumları səbəbindən bir neçə dəfə hava həyəcanı siqnalı işə düşüb. Mertsin sözlərinə görə, Ukrayna qışa hazırlaşarkən, ölkənin infrastrukturuna qarşı hücumlar hər gün baş verir.
“Bu səhər, dinc bazar günü Kiyevdə hava həyəcanı siqnalı işə düşüb. Bu andan etibarən yalnız bir daha təkrarlaya bilərəm: Cənab Putin, bu mənasız müharibəni bitirin. Biz danışıqlara hazırıq, müharibənin bitməsini müzakirə etməyə hazırıq, amma Ukraynanın mülki əhalisinə qarşı bu vəhşi hücumlar dayandırılmalıdır. Burada hər gün müharibə cinayətləri törədilir. Bu, infrastrukturdur, ölkə qışa hazırlaşır. Bir daha Rusiya rəhbərliyinə, Rusiya Prezidentinə müraciət edirəm: bu müharibəni bitirin. Biz danışa bilərik, amma yalnız silahlar susduqdan sonra və silahlar susmalıdır”, – Merts bildirib.
Almaniya kansleri Fridrix Merts bu səhər Kiyevə gəlib. Ukraynaya yeni dəstək tədbirləri, o cümlədən bir milyard avro məbləğində hərbi yardım və enerji sektorunun bərpası üçün əlavə 350 milyon avro ayrılacağı elan edilib.
Medianın yazdığına görə, Ukrayna prezidenti ilə görüş zamanı onların dron və raketlərin birgə istehsalı barədə danışacaqları gözlənilir, o cümlədən, 1000 km radiusda fəaliyyət göstərən raketlər.