Fridrix Merts – Əgər Rusiyanı dayandırmasaq, o, gec-tez müharibə maşınını bizə qarşı çevirəcək

11:47, 04.10.2026

Almaniya kansleri Fridrix Merts Kiyevə səfər edib. Ukraynaya yeni dəstək tədbirləri, o cümlədən bir milyard avro məbləğində hərbi yardım və enerji sektorunun bərpası üçün əlavə 350 milyon avro ayrılacağı elan edilib. Almaniya kanslerini nümayəndə heyətində iqtisadiyyat naziri də müşayiət edir.

Ukrayna prezidenti ilə görüş zamanı onların dron və raketlərin birgə istehsalı barədə danışacaqları gözlənilir. O cümlədən, 1000 km radiusda fəaliyyət göstərən raketlər.

“Əgər Rusiyanı dayandırmasaq, gec-tez öz döyüş maşınını bizə qarşı çevirəcək”, – Merts Kiyevə gələrkən bəyan edib.

Qeyd etmək lazımdır ki, Mertsin bu səfəri Rusiya Xarici İşlər Nazirliyinin xarici diplomatları və qonaqları Ukrayna paytaxtına səfər etməkdən çəkinməyə çağıran xəbərdarlığı fonunda baş tutur.

Oxşar