Fridrix Merts – Almaniyanın İranla münaqişənin dayandırılmasında mühüm iqtisadi marağı var, enerji daşıyıcılarının bahalaşması isə Avropaya artıq 100 milyard avrodan çox başa gəlib

16:36, 30.10.2026

Almaniya kansleri Fridrix Mers bildirir ki, Almaniyanın İranla münaqişənin dayandırılmasında mühüm iqtisadi marağı var.

Onun sözlərinə görə, enerji daşıyıcılarının bahalaşması Avropaya artıq 100 milyard avrodan çox başa gəlib.

“Mən yalnız münaqişə tərəflərinə müraciət edə bilərəm: bu münaqişə hərbi yolla həll oluna bilməz”, – Merts qeyd edib.

Kanslerin sözlərinə görə, Almaniya və onun tərəfdaşları münaqişənin mümkün qədər tez başa çatması üçün diplomatik səylərin koordinasiyası və aktivləşdirilməsi istiqamətində müxtəlif kanallar vasitəsilə işləyirlər.

Bundan əvvəl ABŞ mediasında Donald Trampın İranla müharibədə növbəti addımları müzakirə etmək üçün ali hərbi komandanlıqla şəxsi görüş keçirdiyi barədə məlumat yayılıb.

Media həmçinin yazırdı ki, Vaşinqton ABŞ Konqresində aralıq seçkilərindən sonra İrana qarşı qısa və intensiv hərbi kampaniyaya hazırlaşmaq üçün Fars körfəzindəki bir neçə ərəb ölkəsinə xəbərdarlıq edib.

Oxşar