Fridrix Merts – Almaniyada bir litr benzin və dizelin qiyməti 17 sent ucuzlaşacaq, qərar oktyabrın 1-də qüvvəyə minəcək və 2026-cı ilin sonunadək qüvvədə qalacaq

18:37, 19.09.2026

Yanacaq qiymətlərinin azalması başlayır, – bu barədə Almaniya kansleri Fridrix Merts sosial şəbəkədə dərc olunan videoda bildirib.

Kanslerin sözlərinə görə, bir litr benzin və dizelin qiyməti təxminən 17 sent ucuzlaşacaq. Sözügedən qərar oktyabrın 1-də qüvvəyə minəcək və 2026-cı ilin sonunadək qüvvədə qalacaq.

“İstər sərnişinlər, istər bizneslər, istərsə də adi sürücülər olsun – yanacağın yüksək qiymətləri ölkəmiz üçün bir yükə çevrilib”, – Fridrix Merts bildirib.

Oxşar