Frensis Fukuyama - Ukraynadakı müharibənin nəticəsindən asılı olaraq, digər ölkələrdə çox şey dəyişə bilər, Rusiya qalib gəlsə, Gürcüstan, Moldova və Qazaxıstan təsirlənəcək
Frensis Fukuyama - Ukraynadakı müharibənin nəticəsindən asılı olaraq, digər ölkələrdə çox şey dəyişə bilər, Rusiya qalib gəlsə, Gürcüstan, Moldova və Qazaxıstan təsirlənəcək

Rusiya müharibəsinin nəticəsi təkcə Ukrayna üçün deyil, bütün dünya üçün həlledici olacaq, – amerikalı politoloq Frensis Fukuyama Yalta Avropa Strategiyasının illik toplantısında bildirib.

Onun sözlərinə görə, müharibənin nəticəsi Gürcüstan, Moldova və Qazaxıstana birbaşa təsir edəcək, çünki Rusiyanın bu ölkələrin ərazisində iddiası var.

“Bu müharibənin nəticəsindən asılı olaraq, başqa ölkələrdə çox şey dəyişə bilər. Gürcüstan, Moldova və Qazaxıstan – Rusiya qalib gəlsə, Ukraynanın işğal olunmuş ərazilərini saxlaya bilsə, bu ölkələrin hər biri zərər çəkəcək. Rusiyanın bu ölkələrin suveren ərazilərinə iddiası var. Ümid edirəm ki, onların müstəqil ölkələr kimi inkişaf etmək imkanı olacaq”, – deyə Fukuyama bildirib.

Bundan əlavə, amerikalı politoloq qeyd edib ki, müharibənin nəticəsi Asiya regionuna da təsir edəcək.

“Son vaxtlara qədər bu regionda demək olar ki, heç kim Çinin Tayvana qarşı zorakılıqla qarşıdurmaya qərar verəcəyini və bu ölkənin demokratik yolla seçilmiş hökumətini devirəcəyini düşünmürdü”, – Fukuyama qeyd edib.

Onun sözlərinə görə, müharibənin nəticəsi ABŞ-da daxili siyasi vəziyyətə təsir edəcək, burada siyasi sağçılar “güclü əl” idarəetmə modelini bəyənir və Putin kimi liderə üstünlük verirlər.