"Freedom House"un internet azadlığına dair hesabatında Gürcüstan azad ölkə olaraq göstərilib və 100-dən 78 balla qiymətləndirilib
"Freedom House"un internet azadlığına dair hesabatında Gürcüstan azad ölkə olaraq göstərilib və 100-dən 78 balla qiymətləndirilib

 
“Freedom House”un internet azadlığına dair hesabatında Gürcüstan azad ölkə olaraq göstərilib və 100-dən 78 balla qiymətləndirilib.

Hesabatda internet azadlığının səviyyəsi aşağıdakı meyarlarla qiymətləndirilir – girişə maneələr, məzmuna qoyulan məhdudiyyətlər və istifadəçi hüquqlarının pozulması. Müvafiq olaraq, Gürcüstanın bu meyarlar üzrə 19, 31 və 28 balı var.

İllik sorğuya dünyanın 70 ölkəsi daxildir.

İnternet azadlığı reytinqinə əsasən İslandiya 100 baldan -95, Estoniya -93, Kosta Rika -88, Kanada 87, Böyük Britaniya- 79, Tayvan da həmçinin -79 bal toplayıb.

Reytinqdə Gürcüstan Almaniya (77 bal), Yaponiya (77 bal), ABŞ (76 bal), Fransa (76 bal), İtaliya (75 bal), Ermənistan (74 bal) kimi ölkələri qabaqlayır.