Fransanın yeni təyin olunmuş baş naziri Mişel Barnie rəsmi olaraq vəzifəsinin icrasına başlayıb və ilk dəfə ictimaiyyətə müraciət edib
Fransanın yeni təyin olunmuş baş naziri Mişel Barnie rəsmi olaraq vəzifəsinin icrasına başlayıb və ilk dəfə ictimaiyyətə müraciət edib

 

Fransanın yeni təyin olunmuş baş naziri Mişel Barnie rəsmi olaraq vəzifəsinin icrasına başlayıb və ilk dəfə ictimaiyyətə müraciət edib.

Mişel Barnie, fransızların üzləşdiyi çağırışlara və ədalətsizliyə cavab vermək istədiyini bildirib.

“Mürəkkəb bir zamandayıq. Bu yeni səhifənin, bu dövrün fransızlar və Fransa üçün faydalı olması mühümdür” – Mişel Barnie bildirib.
Fransanın yeni baş naziri bir neçə günə, maksimum bir neçə həftəyə parlament qarşısında yeni hökumətin qanunvericilik prioritetlərini və təkliflərini təqdim edəcəyini qeyd edib.

“İndi baş nazirdən çətin belə olsa, həqiqəti deməsini gözləyirlər. İşə yarayacaq qərarları tapmaq üçün danışmamalı, ilk növbədə hərəkətə keçməliyik” – Barnie bildirib.

Mişel Barnienin izah etdiyi kimi, gələcəkdə “ilk növbədə hökumət və parlament arasında”, eləcə də siyasi həyatın bütün iştirakçıları arasında böyük diqqət və böyük hörmət lazım gələcək.

Məlumat üçün bildirək ki, Fransanın Prezidenti Emmanuel Makron ölkənin yeni baş naziri olaraq 73 yaşlı Mişel Barnieni təqdim edib. O, 2016-2021-ci illərdə “Brexit” danışıqlarında Avropa İttifaqının nümayəndəsi idi.

Yeni baş nazirin təqdimatı heç bir partiyanın çoxluğu qazana bilmədiyi növbədənkənar parlament seçkilərindən iki ay sonra baş tutub.

İyulda keçirilən seçkilər nəticəsində solçu alyans “Yeni Xalq Cəbhəsi” 577 yerlik Milli Assambleyada 190 yer qazanıb. Makronun mərkəzçi alyansı təxminən 160 yerlə ikinci yerə çıxıb, sağçı “Milli Birlik” Marin Le Penin rəhbərliyi ilə 140 mandatla üçüncü yeri tutub.