Fransanın Xarici İşlər Nazirliyində, Fransanın Haaqa Məhkəməsinin İsrailin Baş naziri və "HƏMAS"ın liderlərinin həbsinə order verilməsi tələbi haqda qərarını dəstəklədəyini bildirirlər
Fransanın Xarici İşlər Nazirliyində, Fransanın Haaqa Məhkəməsinin İsrailin Baş naziri və "HƏMAS"ın liderlərinin həbsinə order verilməsi tələbi haqda qərarını dəstəklədəyini bildirirlər

 
Fransa Haaqa Məhkəməsinin İsrailin Baş naziri və “HƏMAS”ın liderlərinin həbsinə order verilməsi tələbi haqda qərarını dəstəkləyir. Bu barədə “CNN” xəbər verir.

“Prokurorun ittihamını dəstəkləmək üçün onun təqdim etdiyi dəlilləri araşdırdıqdan sonra İsraillə bağlı bu orderlərin verilib-verilməməsinə məhkəmə qərar verəcək. Fransa Beynəlxalq Cinayət Məhkəməsini, onun müstəqilliyini və bütün hallarda cəzasızlıqla mübarizəni dəstəkləyir” – Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Həmçinin, Parisin bəyanatına əsasən, beynəlxalq humanitar qanunlara ciddi şəkildə əməl edilməsinin zəruriliyi, “xüsusilə Qəzza sektorunda dinc sakinlər arasında qurbanların qəbuledilməz səviyyəsi və humanitar çatımlılığın azlığı” barədə İsrailə “aylardır” xəbərdarlıq edirdilər.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Karim Xan İsrailin Baş naziri və “HƏMAS”ın liderlərinin saxlanılması ilə bağlı order verilməsini tələb edir.