Fransanın Senatı xarici maraqların nümayəndələrinin reyestrinin yaradılmasını əhatə edən “Xarici müdaxilə ilə mübarizə” qanun layihəsini qəbul edib
Fransanın Senatı xarici maraqların nümayəndələrinin reyestrinin yaradılmasını əhatə edən “Xarici müdaxilə ilə mübarizə” qanun layihəsini qəbul edib

 
Fransanın Senatı “Xarici müdaxilə ilə mübarizə” qanun layihəsini qəbul edib. Mayın 22-də müzakirə edilən mətn xarici maraqların nümayəndələrinin qeydiyyatdan keçməli olduğu reyestrin yaradılmasını əhatə edir.

Həmçinin, qanun layihəsinə əsasən, kəşfiyyat xidməti xarici təsirləri aşkar etmək üçün fəaliyyət göstərə bilər. Bu məsələ solçuların böyük müqavimətinə səbəb olub.

Qanun layihəsində qeyd olunub ki, Avropa İttifaqının vətəndaşları istisna olmaqla, xaricdən maliyyələşən bütün şəxslər xarici maraqların nümayəndəsi kimi qeydiyyatdan keçməlidir.

Həm hüquqşünaslara, həm də jurnalistlərə bəyannamənin doldurulması şamil edilir. Senator Anies Kanaienin dediyi kimi, kəşfiyyat xidməti ilə danışarkən onlar xaricdən müdaxilənin jurnalistlərin və ya vəkillərin köməyi ilə də edildiyini aşkar ediblər.