Fransanın parlament seçkilərində solçu alyans qalib gəlib, Emmanuel Makronun koalisiyası ikinci yeri tutur, Marin Le Penin ifrat sağçı “Milli Birlik” partiyası isə üçüncü yerdə qərarlaşıb
Fransanın parlament seçkilərində solçu alyans qalib gəlib, Emmanuel Makronun koalisiyası ikinci yeri tutur, Marin Le Penin ifrat sağçı “Milli Birlik” partiyası isə üçüncü yerdə qərarlaşıb

 

Fransanın Daxili İşlər Nazirliyi seçkilərin nəticələrini dərc edib.

Məlum olduğu kimi, solçu “Yeni Cəbhə” alyansı parlamentdə 182 mandatdan ibarət ən çox yeri qazanıb. İkinci yeri 163 mandatla ölkə prezidenti Emmanuel Makronun koalisiyası tutur, üçüncü yeri isə 143 mandat qazanmış Marin Le Penin ifrat sağçı “Milli Birlik” partiyası tutur.

Sonda, məlum oldu ki, 289 mandat tələb olunan mütləq çoxluğu heç bir partiya əldə etməyib.