Fransanın xarici işlər naziri Katrin Kolonna qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb
“Gürcüstanın Beynəlxalq Şəffaflığı” təşkilatının rəhbəri Eka Qiqauri bildirir ki, görüşdə o, Fransanın xarici işlər naziri Katrin Kolonna ilə Gürcüstanın bu günkü çağrışları barədə danışıb.
Eka Qiqaurinin qeyd etdiyi kimi, əsas mesaj Gürcüstanın namizəd statusu alması olub.
“Biz ölkənin bu gün qarşısında durduğu çağırışlar haqqında danışdıq. Bizim tərəfimizdən ölkədə baş verən proseslər və Fransanın Gürcüstan üçün nə edə biləcəyi barədə mümkün qədər geniş məlumat verilməsi xahişi vardı. Əsas mesajımız ondan ibarət idi ki, ilin sonuna kimi Gürcüstan vətəndaşları namizəd statusunu alaq. Biz çağırışlardan danışarkən əsas mövzulardan biri demokratik islahatlar, məhkəmədə mövcüd çağırışlar və həmçinin Nika Qvaramianın işi idi”, – Eka Qiqauri bildirib.
Katrin Kolonna qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.