Fransanın xarici işlər naziri Katrin Kolona aprelin 28-də Gürcüstana səfər edəcək
Fransanın xarici işlər naziri Katrin Kolona aprelin 28-də Gürcüstana səfər edəcək. Müvafiq məlumatı Fransa Xarici İşlər Nazirliyi yayır.
İdarədən verilmiş məlumatda Katrin Kolonanın Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Ğaribaşvili və xarici işlər naziri İlia Darçiaşvili ilə danışıqlar keçirəcəyi və bu danışıqlarda onun qanunun aliliyi sahəsində islahatlara və ölkənin Avropa İttifaqı ilə yaxınlaşması üçün vacib olan vətəndaş məkanının qorunmasına dəstəyini ifadə edəcəyi deyilir.
Fransanın xarici işlər naziri Gürcüstana səfərindən əvvəl aprelin 26-28-də Azərbaycan və Ermənistana səfər edəcək.